"İsrailin növbəti hədəfi Türkiyə olacaq" -"Netanyahunun arzularına Anadolu da daxildir"

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Fələstin torpaqları və Livandakı hərbi əməliyyatlarının tezliklə Türkiyəyə də genişlənə biləcəyini deyib.

Bunu Ərdoğan oktyabrın 1-də parlamentin açılışında çıxışı zamanı deyib.

Ərdoğan qeyd edib ki, İsrailin hərəkətləri regionun digər ölkələrinə də yayıla və nəticədə Türkiyəyə də çata bilər.

"Livandan sonra gözünü dikdiyi növbəti yer, sizə açıq deyirəm, bizim vətənimiz olacaq... Netanyahunun arzularına Anadolu da daxildir”, – Ərdoğan bildirib.

"Nəyin bahasına olursa-olsun, Türkiyə İsrailə qarşı durmağa və dünyanı bu nəcib mövqeyə dəvət etməyə davam edəcək. Türkiyə insanlıq cəbhəsi yaratmaq üçün əlindən gələni edəcək", - o əlavə edib.

Ərdoğan Türkiyənin tərəfdarı olanları da gərginlik fonunda neytral qalmasını tənqid edib.

"Biz bütün bölgəni alova qərq etmək niyyətində olan işğal şəbəkəsi ilə qarşı-qarşıyayıq. Belə bir kütləvi qətl şəbəkəsi qarşısında zərrə qədər vicdanı olan heç kim səssiz qala bilməz", - Ərdoğan bildirib.

Xatırladaq ki, iyun ayında Ərdoğan İsraili Livana "müharibə yaymaq” planında ittiham edib. Bir neçə ay sonra İsrail Livanda Hizbullah yaraqlılarına qarşı quru əməliyyatına başlayıb.

İran oktyabrın 1-də İsrailə raket hücumu həyata keçirib - İsrail hərbçiləri 180-ə yaxın raketin atıldığını, onların əksəriyyətinin ələ keçirildiyini bildirir.

İsrailin baş naziri Benyamin Netanyahu hücumu "böyük səhv" adlandırıb və İranın bunun əvəzini ödəyəcəyinə söz verib. (Qaynarinfo)

0.13968110084534