Türkiyə xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşü zamanı həmkarı ilə Azərbaycanla Ermənistan arasındakı sülh prosesini müzakirə edib.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə, o, “İTRT Haber”ə müsahibəsində bildirib.
O qeyd edib ki, görüş zamanı Qəzza, Rusiya-Ukrayna müharibəsi və digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.