İsrail ordusu dünən gecə Beyruta hücum nəticəsində "Hizbullah" lideri Həsən Nəsrullahı və hərəkatın Cənub Cəbhəsinin komandanı Əli Karakinin öldüyünü təsdiqlədiyini açıqlayıb.
Demokratikmusavat.com xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada deyilir: "Dünən gecə həyata keçirdiyimiz əməliyyat Hizbullahın yüksək səviyyəli rəhbərləri qərargahda olarkən və İsrail vətəndaşlarına qarşı terror fəaliyyətlərini koordinasiya edərkən həyata keçirilib. Biz Beyruta endirdiyi hava hücumunda Hizbullah lideri Həsən Nəsrullahı öldürdük".
Açıqlamada eyni zamanda bildirilir ki, ölənlər arasında "Hizbullah"ın Cənub Cəbhəsinin komandanı Əli Karaki və digər yüksək rütbəli komandirlər var.
"Hizbullah"dan isə liderlərinin ölüb-ölməməsi ilə bağlı rəsmi açıqlama verilməyib.
Lakin Fransanın AFP xəbər agentliyinə danışan və adının çəkilməsini istəməyən "Hizbullah" rəsmisi deyib ki, Cümə axşamından etibarən Seyid Həsən Nəsrullah ilə əlaqə kəsilib.