Nəsrullahla birgə İran generalı da ölüb

 

İran generalı Abbas Nilfaruşan İsrailin Livanın paytaxtı Beyruta hücumu zamanı Seyid Həsən Nəsrullahla birlikdə öldürülüb.

Demokratikmusavat.com xəbər verir ki, o, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Livandakı komandanı olub.

Xatırladaq ki, Nəsrullahın yerini Livan partiyasının icra şurasının rəhbəri və əmisi oğlu Haşim Safiyeddin tutacaq.

64 yaşlı Həsən Nəsrullah həyatının ikinci yarısını, yəni 1992-ci ildən nəri Hizbullahın baş katibi vəzifəsində keçirib.

Reuters yazır ki, İsrail ordusunun Hizbullah liderlərini öldürməsi xəbərlərindən sonra İranda təhlükəsizlik tədbirləri gücləndirilib. Ayətullah Əli Xameneyi “təhlükəsiz yerə” aparılıb. Ayətullah özü müraciət edərək, İsrailin hərəkətlərini “qısagörənlik və axmaqlıq” adlandırıb. O, İsrailin Livana aviazərbələrini pisləyib, lakin İsrailin Hizbullah lideri Həsən Nəsrullahın ölümü ilə bağlı bəyanatlarına heç bir şərh verməyib.

Hədəfi Nəsrullah olan əməliyyat sentyabrın 27-də axşam saatlarında İsrail qüvvələri tərəfindən həyata keçirilib. Zərbə qrupun Beyrutdakı yaşayış binasının altında yerləşən yeraltı mərkəzi qərargahına hər biri 1 ton ağırlığında 80-dən çox bomba atılıb. İsrail hərbçilərinin məlumatına görə, zərbə zamanı qruplaşmanın rəhbərliyi orada toplaşıb. İsrail Müdafiə Qüvvələri (IDF) Hizbullahın cənub komandanlığının rəhbəri Əli Karakinin də öldürüldüyünü bildirib.

İDF qeyd edib ki, zərbələrdən əvvəl onlar Beyrutun Dahiya ətrafındakı üç evin sakinləri ilə əlaqə saxlayıb, təxliyə çağırışı ilə müraciət ediblər, çünki bu binalar birbaşa "Hizbullah"ın strateji obyektlərinin üstündə yerləşirdi.

0.17158198356628