Avropa Liqasının Liqa mərhələsinin ilk turundan sonra statistik göstəricilər açıqlanıb. "Qarabağ"ın oyunçusu ilk pillədə qərarlaşıb.
Demokratikmusavat.com Offsideplus.az-a istinadən xəbər verir ki, Yassin Benzya ən çox küncdən zərbə yerinə yetirən futbolçu olub. Əlcəzairli 7 dəfə kornerə yaxınlaşıb.
"Mançester Yunayted"dən Kristian Eriksen də 7 dəfə künc zərbəsi yerinə yetirib. O, siyahıda 2-ci qeyd olunub.