Sentyabrın 18-də Mingəçevir şəhəri üzrə suyun verilməsində qismən fasilələr yaranacaq.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Buna səbəb isə 10 min kubmetrlik Mingəçevir mərkəzi su anbarının yuyulması və dezinfeksiyası işlərinin aparılmasıdır.