Lənkəranda məmurun qohumu DOST-da işdən çıxarıldı - Ata-oğul avtomobili əzdilər

 

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Separadi kənd nümayəndəsinin rəhbəri Ağahüseyn Hüseynovun şəxsi avtomobili yararsız hala salınıb. 

Demokratikmusavat.com -ın məlumatına görə, hadisə onun qohumu tərəfindən törədilib. 

Belə ki, Ağahüseyn Hüseynov qəbuluna gələn 1957-ci il təvəllüdlü qohumu Hüseyn Tağıyev ilə mübahisə edib. Mübahisəyə səbəb təqsirləndirilən şəxsin DOST Mərkəzində işləyən Əli (şərti ad) adlı oğluna görə olub. 

Hüseyn Tağıyevin DOST-da işləyən oğlu işdən çıxarılıb. O, oğlunun işdən çıxarılmasını Separadi kənd nümayəndəsinin rəhbəri vəzifəsində işləyən bibisi nəvəsinin təşkil etdiyi güman edib. Hüseyn Tağıyev və oğlu Əli Ağahüseyn Hüseynovla mübahisə etikdən sonra binanı tərk edərək həyətə düşüblər. Təqsirləndirilən şəxs idarə etdiyi "VAZ 2108" markalı avtomobil ilə zərərçəkmiş şəxsin "Hundaiy Santafe" markalı maşınına zərbə vurub.

Ağahüseyn Hüseynov Qaynarinfo-ya açıqlamasında deyib ki, Hüseyn Tağıyev işdən çıxarılan oğlu ilə şüurlu şəkildə idarə etdikləri avtomobillə onun maşınını vurublar: 

"Mənə 2800 manatdan çox zərər dəyib. Hüseynin DOST Mərkəzində fəhlə vəzifəsində çalışan oğlu bir aydan çox işə getməyib. Onun kimi bir neçə nəfər də var. Özü də gəlib hər ay mənimlə dalaşır ki, mənə əmək haqqı yazdır. Hesab edir ki, işə çıxmamağının ona aidiyyatı yoxdur. Hər dəfə də dava salıb gedirdilər. Bu məsələ də aktlaşdırılıb". 

Məhkəmənin qərarı ilə Hüseyn Tağıyev İnzibati Xətalar Məcəlləsinin 232-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində vurulmuş ziyanın bir misli - 1525 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilib. 

0.21627902984619