İmişlidə sənədləri olmayan beş ədəd ov tüfəngi aşkarlanaraq götürülüb

 

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində işlər görülür.

Şöbədən Demokratikmusavat.com -a verilən məlumata görə, aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində ötən gün rayon sakinlərindən müvafiq sənədləri olmayan 5 ədəd ov tüfəngi götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

0.22391295433044