Paralel.az " Xəzər TV-yə ..."> Paralel.az " Xəzər TV-yə ...">

Çindən Azərbaycana gətirilən avtomobillər Rusiya sərhəddindən niyə buraxılmır? - VİDEO

 

Çindən 40-45 günə gətirilən avtomobillər, indi günlərdir sərhəddən buraxılmır.

Demokratikmusavat.com Xəzər TV-yə istinadən bildirir ki, buna görə də, Çindən avtomobil gətirən şirkətlər çətin vəziyyətə düşüblər.

Bir neçə ildir xaricdən avtomobil idxal edən İlqar Əliyev bildirib ki, onlar belə problemlə iki-üç həftədir üzləşiblər. Vətəndaşlar onların vasitəsilə Çindən sifariş etdikləri avomobilləri vaxtında ala bilmədikləri üçün narazılıq edirlər. Çünki aralarında müqavilə bağlanıb ki, avtomobil 40 günə qədər onlara təhvil veriləcək.

Şirkət nümayəndəsi qeyd edib ki, Rusiyada sərhəddə müxtəlif şirkətlərin avtomobil daşıyan 200-dən çox tırı qalıb.

Ətraflı süjetdə:

0.16160297393799