Ermənistanda polisə atəş açılıb, ölən və yaralanan var

 

Ermənistanın Armavir vilayətinin Nalbandyan kəndində silahlı insidentdə bir polis əməkdaşı ölüb, digəri yaralanıb.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarına kənd sakinlərindən birinin silah gizlətməsi barədə məlumat daxil olub. Hüquq-mühafizə orqanının əməkdaşları şübhəlinin yanına gəliblər və o, avtomat silahdan onlara atəş açıb.

Məlumata görə, iki polis əməkdaşı xəstəxanaya çatdırılıb, onlardan biri keçinib.

 

0.23752999305725