Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto sentyabrın 10-da Ermənistana səfər edəcək.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu haqda Ermənistan XİN-in rəsmi nümayəndəsi Ani Badalyan açıqlama verib.
Qeyd olunur ki, səfər çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüş baş tutacaq.
“Peter Siyarto həmçinin “Yerevan Dialogue” tədbiri çərçivəsində “Qarşılıqlı əlaqənin geosiyasəti: Rəqabətdən əməkdaşlığa” panel müzakirəsində iştirak edəcək”, - deyə məlumatda bildirilir.