DYP Beyləqan şöbəsi məhkəmənin xitam hökmünü niyə icra etmir? - Şikayət

 

Vətəndaş Röyal Əsədli DYP Beyləqan RŞ-dən şikayət edir

Vətəndaş şikayət məktubunda yazır ki, "Hörmətli redaksiya, dayanma, durma qaydasını pozduğuma görə, cərimə olunmuşam. Həmin cəriməni vaxtında ödəmədiyimə görə, DYP Beyləqan şöbəsinin qaldırdığı iddiaya əsasən, məni Beyləqan rayon məhkəməsinə verib.

Beyləqan məhkəməsi mənə heç bir xəbərdarlıq etmədən hökm çıxarıb və məni 300 manat cərimə etməklə bərabər, sürücülük hüququmu 6 ay müddətinə məhdudlaşdırıb.

Cərimə olunduğumu biləndən sonra, 300 manat cəriməni ödəmişəm. Beyləqan rayon məhkəməsinə sürücülük hüquqmun bərpa olunması üçün ərizə ilə müraciət etmişəm.

Beyləqan məhkəməsi müraciətimə baxmış və sürücülük hüququmun məhdudlaşdırılması barədə hökmə xitam vermişdir.

Beyləqan rayon məhkəməsinin sürücülük hüququmun məhdudlaşdırılması barədə xitam qərarı iyul 2024-cü il tarixdə çıxarılıb. Lakin xitam hökmü DYP Beyləqan şöbəsinə məhkəmə tərəfindən göndərilsə də, sürücülük hüququmun məhdudlaşdırılması barədə xitam qərarı uçota alınmayıb. Ona görə də, mən dünən və bu gün 2 dəfə 300 manat olmaqla, 600 manat cərimə gəlib.

Sizdən xahiş edirəm ki, DYP Beyləqan rayon şöbəsinin mənə qarşı etdiyi yanlış hərəkəti ictimailəşdirəsiniz".

Media olaraq vətəndaşın xahişini yerinə yetiririk.

P. S. DYP Baş idarəsinə xatırladırıq ki, ölkədə bu cür halların tez-tez təkrar olunması barədə vətəndaşlardan redaksiyaya çoxlu şikayətlər daxil olur...

İnformasiya şöbəsi

0.69720411300659