ÖVLADLARI İRANA QAÇIRILAN ATA ƏLACSIZ VƏZİYYƏTDƏ QALIB – “Uşaqlarımın fars ideologiyası altında yox, milli ruhda böyümələrini istəyirəm”

 

Azərbaycan vətəndaşı Ağayev Azər Ağa oğlu artıq iki ildir ki, övladlarını görə bilmir. 

A. Ağayev açıqlamasında bildirib ki, buna səbəb 2000-ci ildə ailə həyatı qurduğu həyat yoldaşı Xalidə Mehbalıyevanın 19 sentyabr 2022-ci il tarixdə saxta sənədlərdən istifadə etməklə, 4 övladı ilə birlikdə İrana qaçmasıdır.

Övladların ikisi qız, ikisi isə oğlandır. Həmin vaxt A. Ağayevin icazəsi olmadan İrana qaçırılan uşaqlardan – Ağa İbrahim Rza Ağayevin 7, Fatimeyi-Zəhra Ağazadənin 13, Ağa Muhamməd Ağazadənin 14, Gülsüm Ağazadənin isə 15 yaşı olub.

A. Ağayev iddia edir ki, X. Mehbalıyevanı belə dəhşətli əmələ təhrik edən şəxs özündən 10 yaş kiçik olan Cəfər Babayev olub.

Onun sözlərinə görə, X.Mehbalıyeva ilə gizli münasibəti olan C.Babayev İranın SEPAH təşkilatına tabe olan “Camaatul Mustafa” ideologiya mərkəzinə bağlı biridir və hətta onlar tərəfindən müdafiə olunur.            

X. Mehbalıyeva İrana qaçmazdan az əvvəl mənimlə narazılıq yaradaraq anasının evinə gedib. C. Babayev bu zaman onu inandırıb ki, rahat yaşamaq istəyirlərsə, ən yaxşı yol İrana qaçmaqdır. Qadın bununla razılaşıb, ata kimi mənim icazəm olmadan azyaşlı uşaqları ölkədən çıxarmaq üçün saxta sənədlər əldə edəndən sonra niyyətini həyata keçirib. Daha sonra burada C.Babayevlə siyqə kəsdirərək, birlikdə yaşamağa başlayıb” – deyə A. Ağayev iddia edir.

A. Ağayev həmin vaxtdan övladlarını geri almaq üçün əzab-əziyyətli, keşməkeşli bir mübarizəyə başladığını bildirir. Övladlarını geri almaq üçün dəfələrlə İran İslam Respublikasına səfər edən A. Ağayevin bütün cəhdləri uğursuz olub. Bu müddət ərzində İrandakı və Azərbayandakı dövlət orqanlarına sayısız-hesabsız müraciətlərin də müsbət bir faydası olmayıb. İranın dövlət orqanlarına yüzlərlə məktub yazaraq, övladlarının İranda yaşamasına və təhsil almasına razı olmadığını bildirən atanın 4 övladını Azərbaycana qaytarmaq istəyi baş tutmayıb.

Əlacsız və köməksiz vəziyyətdə qalan A. Ağayev növbəti dəfə “AzPolitika”-ya müraciət ünvanlayıb.

A. Ağayev həmin müraciətində bildirir ki, Qum Ailə Məhkəməsinin azyayşlı övladı Ağa Rza İbrahim Ağayevin ona verilməsi ilə bağlı qərarı yerinə yetirilmir: “Məhkəmə mənim xeyrimə qərar qəbul edib ki, azyaşlı oğlum Xalidə Mehbalıyevadan alınıb mənə verilsin. Bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı da var. İran qanunlarına görə, ayrılıq zamanı övlad atada qalmalıdır. Amma bu günə qədər mən övladlarımın heç üzünü belə görə bilməmişəm. Bir neçə dəfə görüş təyin edilsə də, Xalidə Mehbalıyeva azyaşlı övladımı görüşə gətirməyib. Qanunla 3-cü dəfə görüş olmadığı zaman övlad anadan alınıb, ataya verilməlidir. İranda olarkən SEPAH-ın və ETTELAT-ın rəsmi nümayəndələri mənə dedilər ki, “Uşaqlar sənə verilməyəcək, özünü boş yerə yorma. Çox təkid etsən həbs olunacaqsan”. Elə də oldu məni həbs etdilər. 25 gün İranda zindanda qaldım”.

A. Ağayev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana, Ədliyyə Nazirliyinə, Xarici İşlər Nazirliyinə, İranın Azərbaycandakı səfirliyinə üçüncü şikayət məktubunu ünvanlayıb. Həmin müraciətdə deyilir: “Qum şəhəri üzrə Ailə Məhkəməsinin qərarı ilə azyaşlı

0.36991906166077