Moskvanın şimalında avtomobil dayanacaqda partlayıb.
Demokratikmusavat.com ren.tv-yə istinadən xəbər verir ki, "Toyota" markalı avtomobil yaşayış binasının dayanacağında partlayıb, bir nəfər əzalarından xəsarət alıb.
"360"ın məlumatına görə, baş verən hadisə ilə bağlı irəli sürülən versiyalar arasında sifarişli qətl də var.
Şahidlərin sözlərinə istinadən qeyd edilir ki, partlamış "Toyota Prado" Ukraynadakı hərbi əməliyyatın iştirakçısına məxsusdur.
Daxili İşlər Nazirliyindən RBK-yə bildirilib ki, zərərçəkən Andrey Torqaşovdur və o, 2022-ci ildə "Vektor-Zaşita" özəl mühafizə şirkətinin təsisçisi olub.
“112” teleqram kanalının verdiyi xəbərə görə, partlayış kişi maşına minən zaman baş verib.
Partlayış nəticəsində yaxınlıqdakı “Lada Granta” və “Honda CR-V” markalı avtomobillərə ziyan dəyib.
RBK-nin məlumatına görə, aprelin ortalarında Moskvada Korovinskoye şossesində evlərin birinin həyətində Ukrayna xüsusi xidmət orqanının keçmiş polkovniki Vasili Prozorova məxsus “Toyota Land Cruiser” partlayıb və o, təsadüfən sağ qalıb.
Prozorova 1999-2018-ci illərdə Ukrayna xüsusi xidmət orqanlarında çalışıb. 2014-cü ildə isə Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etdiyi bildirilir.
Bundan əlavə, may ayında "Vahid Rusiya"nın Həştərxan Vilayət Dumasının deputatı Denis Xaritonovun avtomobili hərbi əməliyyat zonasında partladılıb.
Xaritonov 2014-cü ildən özünü müstəqil dövlət elan etmiş Donbas Respublikasında döyüşlərdə iştirak edib.
Mürtəza
Demokratikmusavat.com