Cinayətkarlıqla mübarizə dövlətin sistemli fəaliyyətidir

 

Şəmsəddin Əliyev, ‘‘Polisə Dəstək’’ İctimai Birliyin sədri

‘‘Cəza sərtliyi ilə yox, labüdlüyü ilə cinayətlərin xəbərdarlığına səmtlənən təsir vasitəsidir" 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2024-cü ilin 6 ayı ərzində cinayətkarlıqla mübarizə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair növbəti Kollegiya iclası keçirilib.

Kollegiya iclasında Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bu ilin birinci yarısında cinayətkarlıqla mübarizədə müsbət nəticələrin əldə edilməsini, paytaxtda beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərin keçirilməsi zamanı ictimai təhlükəsizliyin təmin olunmasını və hələ qarşıda duran mühüm vəzifələrin uğurla icra ediləcəyini, bütün bunların xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı olduğunu vurğulamışdır. 2024-cü ilin 6 ayı ərzində müvafiq orqanlar üzrə qeydə alınmış 18.518 cinayətin 90,7%-nin açılması təmin edilmiş, bu cinayətlərin 94,5 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan ictimai-təhlükəli əməllərə aid olmuşdur. Ötən ilin analoji dövrü ilə müqayisədə cari ildə əhali arasında həyata keçirilən kompleks maarifləndirmə və profilaktik xarakterli tədbirlər nəticəsində ağır və xüsusilə ağır cinayətlər 21,7%, mülkiyyət hüququna yönələn qəsdlər 11,4%, oğurluqlar 38,9%, quldurluqlar 10,3%, soyğunçuluqlar 41,3%, yetkinlik yaşına çatmayanların cinayətləri 27,4%, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlər isə 3,9 faiz azalmışdır. Bu mənada, hesabat dövründə keçmiş illərdən bağlı qalmış 246, qeydiyyata alınmış 2314 cinayətin “isti izlərlə” açılması təmin edilmişdir. CM-nin müxtəlif maddələri ilə axtarışda olan şəxslərin isə 79 %-nin yerinin müəyyən edilərək tutulması və əhalidə saxlanılan 5.053 ədəd müxtəlif növ odlu silahların yığılması da aparılan sistemli fəaliyyətin nəticəsidir - deyərdim. Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə tədbirləri də prinsipiallıqla davam etmiş 356 qrup, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 119 kriminal dəstə zərərsizləşdirilmişdir. 2024 cü ilin 6 ayı ərzində qeyri-leqal dövriyyədən 2 ton 844 kiloqram narkotik vasitə çıxarılmış, 296 tondan artıq narkotik xassəli bitkilər məhv edilmişdir.

Bu gün DİO əməkdaşlarının konstitusion normalardan artıq çalışması və peşəkar fəaliyyətlərinin canlı təzahürü olaraq ölkədə sosial inkişafın əsası sayılan ictimai-siyasi sabitlik cinayətkarlıqla, habelə transmilli mütəşəkkil cinayətlərin növləri ilə aparılan məqsədyönlü mübarizənin əyani sübütüdur.

Bu ilin noyabr ayında Bakının 80 mindən çox qonağı-nümayəndəni qəbul edəcəyi COP-29 beynəlxalq missiyalı tədbirin keçirilməsində də əsas faktor ölkədə sabitliyin, vətəndaşların, habelə vətəndaşlığı olmayanların təhlükəsizliyinin təmin olunmasıdır. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev polisin çoxşaxəli, özünə xas xidməti fəaliyyətini yüksək qiymətləndirmişdir: ‘‘Bu gün Azərbaycan polisi öz vəzifə borcunu layiqincə icra edir. Azərbaycanın hərtərəfli inkişafında, ictimai asayişin qorunmasında, sabitliyin saxlanılmasında çox önəmli rol oynayır. Aərbaycanın iqtisadi potensialının artması ölkədə davamlı sabitliyin nəticəsidir’’. Cinayətkarlığa qarşı mübarizədə polis əməkdaşlarının qulluq funksiyalarının icrasında əzm və fədakarlıq göstərməsi, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, xidməti fəaliyyətlərini tənzimləyən digər normativ-hüquqi aktlara, müvafiq əmr və təlimatlara sədaqət nümayiş etdirməsi qürurla xatırlanır. Kollegiyaya yekun vuran nazir, general-polkovnik Vilayət Eyvazov cinayətkarlıqla mübarizədə vətəndaş məmnunluğunun təmin edilməsini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müəyyənləşdirdiyi əsas-prioritet vəzifələrdən biri olduğunu diqqətə çatdırmış, hüquqazidd əməllər nəticəsində vurulmuş maddi ziyanın ödənilməsinə önəm verilməsini, vətəndaşların müraciətlərinə qayğı və diqqətlə, onların qəbuluna həssaslıqla yanaşılmasını tələb etmişdir. 

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə vətəndaşların və ictimai dəstəyin fəal rolu da yüksək qiymətləndirilmişdir. Bu günbeynəlxalq ictimaiyyətin ciddi sosial bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq Bəşəriyyətin ən ağrılı prolemlərindən biri kimi narahatlıqla qarşılanır. Azərbaycan Respublikası bu sahəni tənzimləyən beynəlxalq hüquq normalarını tanıyır və BMT-nin konvensiyalarına qoşularaq bu növ cinayətlərə qarşı mübarizədə həvalə olunan mühüm vəzifələri uğurla davam etdirir. Təhsil müəssələrində vaxtaşırı həyata keçirilən maarifləndirmə xarakterli tədbirlərdə dövlət qurumları mütəxəssislərinin, peşəkar pedaqoq və narkoloqların, hüquqşünas və sosioloqların, habelə vətəndaş cəmiyyətinin iştirakı təqdirə layiqdir. Birgə tədbirlər nəticəsində yeniyetməvə gənclər arasında hüquqazidd hərəkətlərin qarşısının alınması, həssas qruplara malik kövrək nəslin zərərli informasiyaların təsiri altına düşməməsi və sağlamlığa zərər gətirəcək vərdişlərdən çəkinməsi sevindiricidir. 

Gənclərin Polis Akademyasında təhsil almaq istəyinin son bir neçə il ərzində artması, bu sahədə Elm və Təhsil Nazirliyi ilə yaradılmış işçi qrupun fəaliyyəti, test sınaqlarında yüksək nəticələr göstərən, polis peşəsinə bağlı, fiziki hazırlıqlı namizədlərin seçimi də, Kollegiyada təqdir edilmişdir. Əvvəllər məhkum olunmuş şəxslər tərəfindən və qrup halında törədilən cinayətlərin sayında azalmanın müşahidə olunması Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə həyata keçirilən birgə fəaliyyətin bariz nümunəsidır. 

Kollegiya Respublika Daxili İşlər Orqanlarının fəaliyyətinə göstərilən ali diqqətə, polisin xidmətinə verilən yüksək dəyərə və etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çoxminli şəxsi heyət adından dərin minnətdarlığını bildirmiş və ölkədə ictimai təhlükəsizliyin təmini, vətəndaşların qanuni mənafelərinin və hüquq qaydasının qorunması sahəsində qulluq funksiyalarının layiqincə yerinə yetiriləcəyinə əminliyini ifadə etmişdir. 

Qeyd olunanlar belə deməyə əsas verir ki, polis, cinayətkarlıqla mübarizə fəaliyyəti zamanı tarixi ideologiyaya xas tərzdə cinayətkarı rəqibi qismində görür, onu təqib edir və onunla yorulmadan mübarizə - ‘‘müharibəni’’ aparmağı özünün əsas vəzifəsi kimi qəbul edir. Burada, ‘‘Son zərurət’’ və ‘‘Zəruri müdafiə ’’ halları da yaşanır. Əksər hallarda belə ekstremal şəraitdə polis əməkdaşı həyatı üçün riskli davranışdan yayına bilmir, ‘‘real təhlükəyə’’ uyğun davranması çətin olur. Döyüş meydanına bənzər bu meydanda çevik qərar qəbul etmək də, asan olmur.

Ona görə də, polisin kompromisə getmədən əsas məqsədi ‘‘rəqibini məğlub etmək”, fəaliyyətinin əsas istiqamətlərinə istinad edərək bu mübarizədə hər vəchlə qalib çıxmaq üçün çalışmaqdan ibarətdir. Amma çox təəssüf ki, riskli xidmət fədailərindən həyatını itirənlər də az deyil. Ruhları şad olsun! Dərin hüznlə əbədiyyətə qovuşan hər bir polis əməkdaşının ətrafına və doğmalarına başsağlığı verirəm! Bütün cəmiyyətlərdə dövlətin legitimliyi polisin peşəkar fəaliyyəti ilə möhkəmlənir, hakimiyyətin verdiyi səlahiyyətlər və qanuni tələblər daxilində ictimai asayişin mühafizəsi təmin edilir. 

Polisin şərəfli missiyasında insan hüquq və azadlıqlarının müdafiəsi mənəvi, hüquqi və etik qaydaların tələblərini qorumaq da, əsas vəzifələrdəndir. Bu mənada müasir demokrafik dövlətlərin funksiyalarının icrasında polisin rolu danılmazdır.Polisin fəaliyyəti çoxşaxəlidir. 

Cinayətlətin və digər hüquqpozmaların qarşısının alınması və qeyri-aşkar şəraitdə baş verən cinayətlərin açılması, cinayəti doğuran səbəb və şəraitin öyrənilməsi və aradan qaldırılmasına istiqamətlənən tədbirlər sistemi prioritet sayılan vəzifə tələbləridir. Bəzən sosial şəbəkələrdə səhvmühakimələr və təsəvvürlər yer alır. Belələri ölkədə, sabitliyin necə, hansı şəraitdə əldə edilməsinin fərqində deyillər. Polisin cəmiyyətdəki sosial rolu, səlahiyyət dairəsi və digər dövlət orqanları ilə qarşılıqlı əlaqəsi aşkar olduqda, artıq bu missiyada ictimai dəstəyin təmin edilməsi də, gündəmə gəlir. Polisin qanuni tələbi “məcburetmə” məqsədi daşımır. Çətin situasiyalarda bəzən polisin səlahiyyəti üzrə qanuni tələbi “hüququdur” – yox, vəzifəsi kim qəbul edilməlidir. 

Burada ‘‘gücə hüquq’’ verilmir, əksinə, ‘‘hüquqa güc’’ verilir. Dərk etmək yetər ki, hüququn və qanunun gücü olmayanda, güc hüquqa və qanuna söykənib xaos yarada bilər.

0.32321691513062