Türkiyə vətəndaşlığı almaq proseduru çətinləşir.
“Qafqazinfo” “Cumhuriyet”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Əhali və Vətəndaşlıq Məsələləri üzrə Baş direktor İbrahim Taşyapan TBMM-in Xarici İşlər Komitəsində çıxışı zamanı açıqlayıb.
Onun sözlərinə görə, yeni qaydalara əsasən, vətəndaşlıq verilərkən şəxs barəsində həm Türkiyə polisi, həm Milli Kəşfiyyat Təşkilatı (MİT), həm də İnterpolun rəyi nəzərə alınacaq.
Bildirilir ki, İnterpoldan iki dəfə təsdiq gəlməzsə, vətəndaşlıq verilməyəcək.
Məlumata görə, bu tədbirlərin görülməsində məqsəd təhlükəsizlik risklərini minimuma endirməkdir.