Belarus Polşa sərhədindəki hava limanını "ələ keçirdi"

 

Çin və Belarus qoşunları "Eagle Assault" (Hücum edən qartal) müştərək antiterror təlimləri zamanı hava limanını "ələ keçiriblər". 

Demokratikmusavat.com xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri yazıb.

Nəşrin məlumatına görə, təlimlər Ukrayna və Polşa ilə sərhəddən 28 km məsafədə yerləşən Brest şəhəri yaxınlığında keçirilib.

Ssenariyə görə terror təşkilatı tərəfindən ələ keçirilən hava limanının nəzarətə götürülməsi üçün əməliyyat həyata keçirilib.

Təlim Ağ Evin ciddi narahatlığına səbəb olub.

Mürtəza
Demokratikmusavat.com

0.35871410369873