Fransa parlamentində sağçılar sıxışdırılır

 

Fransa Milli Assambleyanın (parlamentin aşağı palatası) yeni çağırışında sayca üçüncü fraksiyaya çevrilən sağçı Milli Birlik partiyasının nümayəndələri parlament komitələrinin heç birinə rəhbərlik etməyəcəklər.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, əksər rəhbər vəzifələr prezident blokunun nümayəndələri arasında bölüşdürülüb.

Beləliklə, səkkiz komitə arasında yalnız ikisinə solçuların nümayəndələri rəhbərlik edəcəklər. Qalan altı komitəyə isə "Respublika naminə birlikdə" prezident blokundan olan partiyaların nümayəndələri başçılıq edəcəklər.

0.16366982460022