ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə telefonla danışıb.
Demokratikmusavat.com xəbər verir ki, Ukrayna prezidentinin ofisi təfərrüatları açıqlamayıb.
Tramp isə öz “Truth social” şəbəkəsindəki səhifəsində Zelenski ilə söhbətin çox yaxşı keçdiyini və Respublikaçılar Partiyasının ABŞ prezidentliyinə namizədliyinin irəli sürülməsi münasibətilə onu təbrik etdiyini yazıb.
Tramp həmçinin Zelenskinin ona “əlini uzatmasını” da təqdir edib.
“Çünki mən sizin ABŞ-ın növbəti prezidenti olaraq dünyaya sülh gətirəcək və müharibəyə son qoyacağam. Hər iki tərəf zorakılığa son qoyacaq və tərəqqiyə doğru yol açacaq razılaşmaya gələ biləcək”, - Tramp əlavə edib.
Zelenski daha sonra teleqram kanalında görüş barədə yazıb ki, Trampla ədalətli sülhün əldə olunması və bunun davamlı olması məsələsini müzakirə etdik.