Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğu sülhə töhfə vermir - Zeya

 

Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğu  regional sülhə və sabitliyə töhfə vermir.

Demokratikmusavat.com xəbər verir ki, bunu İrəvanda səfərdə olan  ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya   Ermənistanın KTMT ilə əlaqələrini şərh edərkən deyib.

"Ermənistanın KTMT-yə üzvlüyü Ermənistan-Amerika hərbi əməkdaşlığının dərinləşməsinə maneədirmi?" sualını cavablandıran  Zeya bildirib ki,  KTMT-yə üzvlük məsələsi  Ermənistanın müstəsna  hüququdur və biz bu qərara hörmət edirik. "Qeyd etməliyəm ki, müdafiə və mülki təhlükəsizlik məsələlərində əməkdaşlığımız dərinləşməkdə davam edir və Ermənistan KTMT-nin üzvü olaraq qalır. Son  olaraq qeyd edim ki, Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğunun regional sülhə və sabitliyə töhfə verdiyinə dair heç bir arqument yoxdur”, - Zeya  qeyd edib.

Mürtəza
Demokratikmusavat.com

0.16514801979065