Növbəti dəfə koronavirusa yoluxan ABŞ Prezidenti Co Bayden paylaşımı ilə diqqət çəkib.
Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, cümləsinə “xəstəyəm” sözləri ilə başlayan Bayden ABŞ-li milyarder İlon Mask və onun varlı dostlarını hədəf alıb.
“İlon Mask və onun zəngin dostlarının bu seçkiləri satın almağa çalışmasından bezmişəm”,- deyə o yazıb.
Bayden həmçinin seçki kampaniyasının ianə saytının linkini paylaşıb.
Qeyd edək ki, İ.Mask Donald Trampın seçki kampaniyasına ayda 45 milyon dollar ianə edəcəyini açıqlayıb və ona dəstəyini ifadə edib.
ABŞ prezidentliyinə namizədlərin yarışında Trampın təbliğatının gedişi göstərir ki, seçkilərdə məhz o, qalib gələcək, Bayden isə uduzacaq...