Almaniya sakinlərinin əksəriyyəti - 60%-dən çoxu hesab edir ki, Angela Merkel (2005-2021) federal kansler postunu tərk etdikdən sonra ölkədə həyat şəraiti pisləşib.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Merkelin 70 illik yubileyi münasibətilə “YouGov” ictimai rəyi araşdırma institutunun keçirdiyi sorğuda göstərilib.
Respondentlərin 61%-i hesab edir ki, Merkel hökumət başçısı postunu tərk etdikdən sonra ölkədə vəziyyət daha da pisləşib.
Bununla belə, respondentlərin yalnız 7%-i yaşayış şəraitinin yaxşılaşdığını, 25%-i isə hər şeyin təxminən eyni səviyyədə qaldığını bildirib.
Eyni zamanda, sorğuda iştirak edənlərin əksəriyyəti (28%) hesab edir ki, yaşayış şəraitinin pisləşməsinə səbəb Olaf Şoltsun rəhbərlik etdiyi hazırkı Almaniya hökumətinin yürütdüyü siyasətdir.
İyunun 28-dən iyulun 3-dək aparılan sorğuda 2030 nəfər iştirak edib.