Trampla görüşdə daha bir nəfər güllələndi - FOTO

 

ABŞ-da prezidentliyə namizəd  Donald Tramp Respublikaçılar Partiyasının Miluokidə keçirilən qurultayına qatılması faciə ilə nəticələnib.

Demokratikmusavat.com xəbər verir ki, Tramp ictimaiyyət qarşısına qulağı sarğı ilə çıxıb.

O, vitse-prezidentliyə namizəd Ceyms Devid Vensin yanında kürsüdə əyləşməzdən əvvəl sürəkli alqışlarla qarşılanıb.

Lakin Ağ Evin keçmiş rəhbəri qurultayda çıxış etməyib. Onun tədbirin son günü, iyulun 18-də çıxış edəcəyi gözlənilir.

 Trampın bu tədbirə qatılması faciəsiz ötüşməyib. Belə ki,  Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa sui-qəsddən sonra Miluoki şəhərində təhlükəsizlik gücləndirilib.  Bu səbəbdən də polis qurultayın keçirildiyi əraziyə  yaxın yerdə  özünü şübhəli aparan  şəxsi güllələyib. 

Jurnalist Den O'Donnell X sosial şəbəkəsində ( Twitter) şübhəlinin aldığı güllə yarasından öldüyünü  təsdiqləyib.

Bununla da  Trampın seçki marafonunda öldürülənlərin  sayı ikiyə çatıb. 

Mürtəza
Demokratikmusavat.com

0.4359450340271