Ermənipərəst senator məhkəmədə korrupsiya əməlinə görə günahkar bilindi

 

2017-ci ildə korrupsiyaya görə həbsdən yaxa qurtaran Nyu Cersi ştatından olan demokrat senator Robert Menendez iş adamları və xarici hökumətlərlə bağlı federal rüşvət işi üzrə təqsirli bilinib.

Qaynarinfo xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Bildirilir ki, ermənipərəst senator geniş sxem yaradaraq yüz minlərlə dollar nağd pul, dəbdəbəli avtomobil və xalis qızıl külçələri müqabilində ofisini xarici güclərə və vicdansız iş adamlarına satıb. O, korrupsiya işində bütün maddələr üzrə təqsirli bilinib.

Andlılar məhkəməsinin qərarı demokrat Menendezi federal cinayətdə təqsirli bilinən yeddinci ABŞ senatorudur.

0.21781086921692