Tramp üçün Ukrayna deyil, Çin əsas priorotet olacaq

 

Donald Tramp ABŞ prezident seçkilərində qalib gəlsə, Ukrayna böhranının həllini Moskva və Kiyevlə müzakirə edəcək ki, ölkəsi diqqətini Çinlə qarşıdurmaya yönəldə bilsin. 

Demokratikmusavat.com xəbər verir ki, bunu ABŞ-nin Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizədi, Ohayo ştatından senator Ceyms Devid Vens Fox News-a müsahibəsində deyib.

Onun sözlərinə görə, Tramp Moskva və Kiyevlə danışıqlar aparmalıdır ki, ABŞ üçün əsl problem olan Çin məsələsi ilə məşğul olsun. "Çin ölkəmiz üçün ən böyük təhlükədir", - Vens qeyd edib.

Vens eyni zamanda ABŞ hökumətinin diqqətini Çinə yönəltmək əvəzinə digər problemləri həll etməklə çox məşğul olduğuna təəssüfləndiyini vurğulayıb.

Mürtəza
Demokratikmusavat.com

0.25999307632446