Zəlzələdə ölən tələbələr günahkar hesab edildi, ölkə qarışdı

 

İtaliyada zəlzələdə ölən 7 tələbə məhkəmədə təqsirli bilinib.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, söhbət 2009-cu ildə L'Akuila şəhərində baş verən zəlzələdən gedir.

Belə ki, İtaliyada məhkəmə sarsıntılara baxmayaraq evlərini tərk etməyən və sonradan meydana gələn şiddətli zəlzələ zamanı çökən binanın dağıntıları altında ölən 7 tələbənin günahkar olduğu müəyyən edib.

Bildirilib ki, Apellyasiya Məhkəməsinin hakimi yerli vaxtla saat 03.32-də baş verən böyük zəlzələdən bir əvvəlki gecə saat 23.00 və saat 01.00-da iki güclü təkan olduğunu xatırladıb. O bildirib ki, bu təkanlardan sonra tələbələr evi tərk etməli idilər.

Ailələri məhkəməyə müraciət edərək tələbələrin ölümünə görə hökumətdən təzminat tələb ediblər. Məhkəmə iddianı qəbul etməməklə yanaşı, ailələrin təxminən 14 min avroluq məhkəmə xərclərini ödəməsi də qərara alıb.

Yeni açıqlanan məhkəmə qərarı İtaliya ictimaiyyətinə müzakirələrə səbəb olub.

Qeyd edək ki, 6 aprel 2009-cu ildə baş verən L'Akuila zəlzələsində 309 nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb.

Billurə

0.15679121017456