Suriya Prezidenti Bəşər Əsəd bu gün verdiyi açıqlamada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş ehtimalını istisna etməyib.
APA NTV-yə istinadən xəbər verir ki, o bunun görüşün gündəmindən asılı olacağını deyib.
Əsədin jurnalistlərin suallarını cavablandırarkən türk əsgərlərinin Suriya ərazisindən çıxarılması məsələsinin gündəmə gələcəyi təqdirdə Ərdoğanla görüşə biləcəyini bildirib.
Xatırladaq ki, Prezident Ərdoğan iyulun 7-də jurnalistlərə açıqlamasında bildirib ki, Türkiyə Suriya ilə normallaşma prosesi ilə bağlı istənilən vaxt Əsədə dəvət göndərə bilər.