Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə qeyd olunan 15 iyul - Demokratiya və Milli Birlik Günü ilə bağlı paylaşım edib.
Demokratikmusavat.com xəbər verir ki, XİN-in “X” hesabında edilən paylaşımda deyilir:
“Qardaş Türkiyənin demokratik təsisatlarını və konstitusiya quruluşunu hədəf alan çevriliş cəhdinin qarşısını alarkən canlarından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və minnətdarlıqla anırıq. 15 iyul - Demokratiya və Milli Birlik Gününüz mübarək”.