Vanqa dünyanın sonu haqqında: “Dünyanın sonu 2025-ci ildən başlayacaq”

 

"Balkan Nostradamusu” adlandırılan Vangeliya Quşterova (Vanqa) illər öncə dünyanın sonunun 2025-ci ildə başlayacağını proqnozlaşdırıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, əvvəllər Vanqa 2023-cü ildə dünyanın sonu ilə bağlı proqnoz verib, lakin deşifrə edilən son proqnozlar qiyamətin 2025-ci ildə gələcəyini təsdiqləyir. Qeyd etmək lazımdır ki, onun proqnozları ilə bağlı etibarlı faktlar yoxdur.

Vanqanın fikrincə, gələn il Avropadakı münaqişə qitə əhalisini məhv edəcək. Bundan əlavə, o, suyun səviyyəsinin qlobal artımını proqnozlaşdırıb.

Vanqanın başqa bir proqnozunda deyilir ki, 2076-cı ildə kommunizm dünyanın hər ölkəsinə yayılacaq, 2130-cu ildə isə insanlar yadplanetlilərlə təmasda olacaqlar.

Demokratikmusavat.com

0.17145299911499