Pauer: İrəvanla Bakı sülhə yaxındırlar

 

Ermənistan Azərbaycanla onilliklər davam edən münaqişəyə son qoya biləcək sülh müqaviləsi bağlamağa yaxındır. 

Demokratikmusavat.com xəbər verir ki, bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer İrəvanda keçirdiyi brifinqdə deyib.

O əlavə edib ki, Ermənistan və Azərbaycan hökumətlərinin nümayəndələri barışıq üçün danışıqları davam etdirirlər.

Pauer əmin edib ki, Birləşmiş Ştatlar Ermənistana bu tarixi məqamdan istifadə etmək üçün əlindən gələni edəcək. "Birləşmiş Ştatlar Ermənistana bu fürsət pəncərəsindən maksimum yararlanmaqda kömək etməyə hazırdır”, - USAİD rəhbəri əlavə edib.

Mürtəza
Demokratikmusavat.com

0.19724893569946