Türkiyənin futbol oyununda möhtəşəm qələbəsi hamımızı sevindirdi

 

Dünən gecə qardaş Türkiyənin futbol oyununda möhtəşəm qələbəsi hamımızı sevindirdi. Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Türkiyə 1\4 mərhələyə çıxdı. Türkiyəni Avropa çempionu görmək istəyirik. Təkcə futboldamı?

Xeyr, həm də ekonomidə. Doğrudur, bu yaxın illərin işi deyil. Amma hədəflərin niyyətləri ifadə etdiyini düşündüyümüzdə niyə də yox sualı bizləri Türkiyəni sevən bütün həmvəətnlərimizi düşündürməlidir.
Yeri düşmüşkən futboldan ekonomiyə bir gəzişmə edək.

Mən şəxsən düşünrəm ki, qardaş Türkiyədə antiavropa və ya antiqərb ritorikası bəzi duyğusal vətəndaşların rəğbətini istismar etmək alətindən çox istifadə edilir. Qərbin və Avropanın Türkiyəyə münasibətdə siyasi səhvləri və ədalətsiz qərarları az deyil.
Amma real politika dediyiniz şey varsa, o zaman ölkənizin çıxarları üzərindən düşünmənizə ehtiyac var.

Məsələyə iqtisadiçı məntiqi ilə yanaşanda mən başqa nəticələrə gəlib çıxıram. Şübhə etmirəm ki, bu düşüncədə olan iqtisadçılar az deyil. Mən sizə ürəyinizdən keçənləri yox, ağlımızdan və iqtisadi məntiqimizdən çıxış etməyi tərcih edərdim. Türkiyənin daha çox məhsul satdığı bazar avrozona və İngiltərədir.

Əgər 2023-cü ilin nəticələrindən çıxış edib, təhlil aparsaq, məlum olacaq ki, Türkiyənin toplam ixracatında Aİ və İngiltərənin xüsusi çəkisi 45,7% təşkil edib. Onunla paralel olaraq Rusiya və Çinin isə ixracatında payı cəmi 5,5% təşkil edib.

Bu qədər açıq fərqi görməmək olmur. Sərmayə də oradan gəlir, krediti də oradan almağa məcbursan, ora da məhsul satırsan, innovasiyanı da oradan gözləyirsən və s.

Məmməd Talıblı, İqtisadi Təhlil İnstitunun rəhbəri.

Demokratikmusavat.com 

0.17010116577148