Bakıda yeni bulvar salınır

 

Qanlı gölün ətrafında bulvar salınması işlərinə başlanılıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Trend-ə Yasamal Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, layihəyə əsasən, gölün ətrafı bulvar olacaq:

"Hazırda gölün təmizlənməsi üçün işlər görülür, yol salınır, ağaclar əkilir və düzləmə işləri gedir. Bulvarın nə vaxta hazır olacağı hələ məlum deyil. Layihə orada bina tikən tikinti şirkətinin üstünə öhdəlik olaraq qoyulub".

 

0.2188720703125