Gələcəyimizdir deyib, gələcəklərini oğurlamayaq

 

"Uşaqlar bizim gələcəyimizdir", "uşaqlar açılmamış çiçəkdirlər"
nağılvari şuarları eşitmisiniz...
Halbuki indi çoxsaylı uşaqların həyat tərzləri onları açılmamış qönçə kimi olmaqdan daha çox, açılmış gül kimi təsvir etməyə imkan verir. Çünki çəkmədikləri çilə, almaqdıqları zərbə qalmayıb. Yol kənarında avtomobil silən, məktəbdən yayınaraq ailəsinə kömək edən ölkəmizdə saysız-hesabsız uşaqlar var.

Ölkəmizdə 2,6 milyon uşaq var. Bu ölkə əhalisinin hər 4 nəfərindən 1 nəfərinin uşaqlardan ibarət olması deməkdir. Bunun 900 min nəfəri 2 uşağı olan ailələr təşkil edir.

Dövlətin onlara yönəlik sosial müdafiə mexanizmlərinə diqqət etdikdə, görürük ki, yalnız bu sosial qrupun taleyin ümidinə ötürülməsi baş verir. Ölkəmizdə uşaqlar üçün müavinətlər ("uşaq pulu") verilmir. Lakin uşaqların hər hansı işdə işləməsi yüksək cərimələr tətbiq edilir və bunu cəmiyyətə hüquqpozma aktı kimi qəbul etdirirlər.

Uşaqların doğulması və yaşaması üçün heç nə verilmir. Lakin onların işləməsi üçünsə ağır cərimələr tətbiq edilir. Onlara yönəlik birbaşa müavinət verilməsə də, dolayı dəstək formalarından da istifadə etmək olardı. Məsələn, uşaqlarla bağlı qida və geyimlərə ƏDV-dən azad edirsən. Bu dolayısı ilə ailə büdcələrinin yaxşılaşmasına tövhə verir.

Dövlət mülkiyyətə, sərvətə və maliyyə ehtiyatlarına ona görə sahib olur ki, onları ehtiyacı olan əhali qrupları arasında ədalətlə xərcləsin. Təkcə ədalətlə yox, həm də səxavətlə xərcləsin. Mülkiyyət demişkən...

Uşaqlarınızın sizin mülkiyyətiniz olması fikri tamamilə yalnışdır. Düzdür, onları siz dünyaya gətirmisiniz, amma bilin ki, onlara sizə məxsus deyil. Sizin keçmişiniz, onların isə gələcəyi vardır. Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizdir deyib, gələcəklərin oğurlamayaq. Gələcəklərinə sahib çıxaq. Bu həm də gələcəyi idarə edə bilməyin yollarından biridir.

İqtisadi Təhlil İnstitunun rəhbəri Məmməd Talıblı 

Demokratikmusavat.com 

0.43304109573364