Max Franz Guido Freiherr von Thielmann xəritəsi

 

Alman diplomatı, siyasətçisi və səyyahı. Onun 1875-ci ildə Leipzig şəhərində yerləşən “Duncker & Humblot” çap evində “Qafaz, Persiya və Asiya Türkiyəsinə səhayət” (Streifzuge im Kaukasus, in Persien und in der asiatischen Turke) adlı kitabı çap edilib. Kitabda gəzdiyi və gördüyü yerlər barədə ətraflı məlumatlar var. PDf forması var, kim alman dilini bilirsə göndərə bilərəm. Kitabda bir xəritə də təqdim edir. Xəritədə Azərbaycan adı xüsusilə qeyd edilir, sərhədləri və şəhərləri açıq yazılır. Qarabağ, İrəvan, Naxçıvan və digər ərazilərin adı tam aydın şəkildə yazılır. Xəritədə Ermənistan adına rast gəlmək olmur. Bu xəritə ermənilərin “Azərbaycan adını Stalin qoyub” iddialarına tutarlı cavabdır. Ermənistan adı olmayan və Azərbaycan adı 1875-ci ildə nəşr edilən kitabda yerləşən xəritədə aşkar yazılması, özü də sərhədləri ilə birgə, erməni yalanlarını yerlə yeksan edir.

Zaur Aliyev, dosent

Demokratikmusavat.com 

0.31525301933289