İranda seçkilər II tura qaldı - Asif Nərimanlı 

 

İranda seçkilər gözlənildiyi kimi, II tura qaldı. Bu o deməkdir ki, seçki prosesi öncədən planlaşdırılan “mühafizəkarların birləşməsi” ssenarisi üzrə davam edir.

Mühafizəkarlar arasında Qalibafın yox, Səid Cəlilinin önə çıxması isə əsas diqqətçəkən məqamdır. Halbuki, seçkidən öncə iki namizəd Qalibafın xeyrinə geri çəkilmişdi və o, daha loyal fiqur kimi müxtəlif təbəqələr tərəfindən dəstəklənirdi. Bu baxımdan, Qalibafın 3 milyon, Cəlilinin isə 9 milyon civarında səs toplaması şübhələrə yol açır. Seçkiöncəsi rəy sorğularında da mühafizəkar namizədlər arasında Qalibaf Cəlilidən öndə idi. Görünür, dini liderə daha yaxın olan və Rəisi hökuməti tərəfindən də dəstəklənən Cəlilinin önünü açıblar.

I turda 10 milyondan çox səs toplayan Pezeşkianın II turda da liderliyini davam etdirməsi sual altındadır: düz məntiqlə Qalibaf da daxil olmaqla mühafizəkarların səsi II turda Cəliliyə getməlidir, digər tərəfdən, İranda seçkinin təkcə qutulara atılan bülletenlərlə həll edilmədiyini nəzərə alsaq, Cəlilinin yeni prezident olması ehtimalı çoxalır;

Bu seçki mübarizəsi kimin seçilməsindən daha çox, mühafizəkar qanada daxili qarşıdurmanı davam etdirəcəkləri təqdirdə, nələrlə üzləşə biləcəklərinin nümayiş etdirilməsi baxımından maraqlıdır.

Demokratikmusavat.com 

0.16721987724304