Dünya çempionatının final oyununun keçiriləcəyi yer AÇIQLANDI

 

2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatının final oyunu Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.

Məlumata görə, Beynəlxalq Futbol Federasiyası (FİFA) bunun ən yaxşı qərar olacağına şübhə etmir. Həmçinin, bir zamanlar Mərakeş Kral Futbol Federasiyasının da finala ev sahibliyi etmək üçün iddialı olduğu bildirilib.

"Real Madrid və FİFA arasında mövcud olan möhtəşəm əlaqələr bu baxımdan həlledici rol oynayacaq, baxmayaraq ki, hər iki təşkilat bəzi məsələləri həll etməlidir. Həqiqət budur ki, final müsabiqənin əsas məqsədlərindən biri idi və belə olaraq qalır. Əgər bəzi məqamlarda o, təhlükə altında idisə, indi hər şey nəzarət altındadır", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, 2030-cu ildə dünya çempionatı altı ölkədə keçiriləcək. Turnirin əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeş olacaq. Dünya çempionatının ilk üç oyununa Argentina, Paraqvay və Uruqvay ev sahibliyi edəcəklər. İlk dəfə olaraq dünya çempionatının oyunları müxtəlif qitələrdə keçiriləcək.(Oxu.az)

0.16888999938965