Vinisiusa qarşı irqçilik edən azarkeşlər həbs olundu

 

"Valensiya"nın 3 azarkeşi "Real"ın hücumçusu Vinisiusa qarşı irqçiliyə görə həbs edilib.

"Ölkə.az" xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Qeyd olunur ki, sözügedən azarkeşlər 8 ayını dəmir barmaqlıqlar arxasında keçirəcək və bütün məhkəmə xərclərini ödəyəcəklər. Azarkeşlərə həm də 2 il müddətinə futbol matçlarında iştirak etmək qadağan olunub.

Xatırladaq ki, sözügedən xoşagəlməz hadisə 2023-cü il mayın 21-də La Liqanın 35-ci turunun “Valensiya” – “Real” (1:0) matçında baş verib. Belə ki, oyun başlamazdan əvvəl azarkeşlər braziliyalıya qarşı irqçilik edib, ünvanına təhqirlər səsləndirib. Bundan sonra İspaniya Kral Futbol İttifaqı "yarasalar"ı 45 min avro cərimələyib və kluba sanksiya tətbiq edib. Eyni zamanda, "Mestalya" arenasının cənub tribunası bağlanılıb.(publika.az)

1.600163936615