Mourinyo İtaliyanın üstündən xətt çəkdi: "İstedadsızdırlar"

 

“Fənərbağça”sının yeni baş məşqçisi Joze Mourinyo iyunun 14-dən iyunun 14-dək Almaniyada keçiriləcək Avro-2024-ün əsas favoritləri ilə bağlı fikirlərini bölüşüb.

“Yəqin ki, hamı mənimlə eyni fikirdədir. Portuqaliya, İngiltərə, Fransa, sonra Almaniya və İspaniya.

İtaliya? Düşünmürəm. Onların nəsli çox da istedadlı deyil. Onların bir daha qalib gələcəyini düşünmürəm”, – Mourinyo Portuqaliya mətbuatına deyib.

12.852313995361