“Mançester Siti”nin gələcək baş məşqçisinin adını AÇIQLADI

 

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Vinsen Kompanini “şəhərlilər”in gələcək məşqçisi adlandırıb.

“Vinsen Kompani “Mançester Siti”nin gələcək baş məşqçisi olacaq, sözlərimi yadda saxlayın. Bəli, bu mütləq baş verəcək. Bu baş verəndə mənə zəng edəcəksiniz”, – Lent.az xarici KİV-ə istinadla bildirir ki, jurnalist Fabrisio Romano özünün X sosial şəbəkəsində (keçmiş Twitter) Qvardioladan sitat gətirib.

Daha əvvəl bildirilmişdi ki, Kompani "Bavariya"nın baş məşqçisi təyin olunmağa yaxındır. Belçikalı hazırda "Bernli"ni çalışdırır. Onun rəhbərliyi altında komanda ötən mövsümün sonunda 24 xalla 19-cu yeri tutaraq, İngiltərə Premyer Liqasından aşağı liqaya düşüb.

Mütəxəssis əvvəllər "Anderlext"in də baş məşqçisi olub.

0.1693160533905