Məmurları vəzifəyə təyin etməzdən əvvəl onların oriyentasiyası yoxlanılsın.
Belə bir təkliflə Rusiya Dövlət Dumasının deputatı Aleksey Xinşteyn çıxış edib.
O bu cür yoxlamada qınaq və ya pis bir şey görmür.
"Ənənəvi ailə dəyərlərinin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bununla məşğul olan insanlara xüsusi qayğı ilə yanaşılmalıdır. Özüm də iki övladım var. Mən oğullarımın qeyri-ənənəvi cinsi dəyərləri təmsil edən müəllimlərinin hər hansı birinin əleyhinə olmuşam və olacağam”, - Xinşteyn bildirib.