Bayquşunu banka girov qoymaq istədi, əlindən aldılar

 

Cənubi Afrikanın Xautenq əyalətində bank hesabı açmaq istəyən şəxs bayquşunu girov kimi istifadə etmək istəyib.

"Ölkə.az" xəbər verir ki, “Times Live” saytının məlumatına görə, Vestonaria rayonundakı bank filialında hesab açmaq istəyən şəxsin bu tələbi işçiləri təəccübləndirib.

Onlar müştərinin tələbini rədd edərək, yalnız qanuni ödəniş üsullarını qəbul edə biləcəklərini bildiriblər.

Bank rəsmiləri bildiriblər ki, bu hadisədən sonra onlar Bayquş Xilasetmə Mərkəzinə məlumat veriblər və quş sahibindən alınıb.(Publika.az)

 

0.21173310279846