NATO baş katibinin Kiyevə gözlənilməz qatar səfəri – Qəribə etiraf

 

NATO-nun baş katibi Yens Stoltenberq elan olunmamış səfərlə Ukraynaya gedərək prezident Volodimir Zelenski ilə görüşüb.

Ölkə.Az xəbər verir ki, NATO baş katibi Kiyevə qatarla səfər edib.

Baş katib açıqlamasında NATO ölkələrinin Ukrayna qarşısında öhdəliklərini yerinə yetirmədiklərini etiraf edib.

Stoltenberq əmindir ki, bundan sonra vəziyyət dəyişəcək:

“Ukraynanın qalib gəlməsi üçün hələ də gec deyil. Lakin buna görə də NATO müttəfiqlərinin indi həqiqətən vəd etdiklərimizi real olaraq yerinə yetirməyimiz çox vacibdir və indi əminəm ki, məhz belə olacaq”.

Stoltenberq onu da vurğulayıb ki, NATO ilə Ukrayna arasında əməkdaşlıq onun alyansa qoşulma yolunu “dönməz” edir. 

Mürtəza
Ölkə.Az

0.22662806510925