Kiyev və Vaşinqton arasında Ukraynanın 10 il ərzində dəstəklənməsinə dair yeni danışıqlar ağılsızlıqdır.
Bu barədə amerikalı milyarder və "Tesla" şirkətinin baş direktoru İlon Mask X (Twitter) sosial şəbəkəsində yazıb.
"Bu, ağılsızlıqdır", - deyə o yazıb və bunun yalnız hərbi münaqişənin davam etməsinə kömək etdiyini qeyd edib.
Milyarder Mask bu formada amerikalı iş adamı Devid Saksın Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ ilə işləmək və Kiyevi 10 il dəstəkləmək barədə məqaləsinə öz mövqeyini bildirib.
Biznesmen qeyd edib ki, 61 milyard dollarlıq yardım paketi yalnız başlanğıcdır, növbəti iki Amerika lideri bu kursu dəyişə bilməyəcək.