Kadırovun ölümündən sonra Putin dilemma qarşısında - Qarşıdurma…

 

Ramzan Kadırovun ölümcül xəstəliyi ilə bağlı məlumat doğrudursa, Putin üçün Çeçenistanın sabitliyi ciddi təhlükə altında ola bilər.

Ölkə.Az xəbər verir ki, bu barədə "The Sunday Times" yazır.

Nəşrin yazdığına görə, Kadırov sülalə qurmağa ümid etsə də, onun böyük oğlu Axmatın cəmi 18 yaşı var və o, Çeçenistanı idarə edə bilməz: “Ehtimal olunur ki, indi onun yerinə əsas namizəd Ukraynaya qarşı vuruşan çeçen muzdlu “Axmat” dəstələrinin komandiri general-mayor Aptı Alaudinovdur.

Moskva onunla münasibətlər qura biləcək bir şəxs kimi baxır, lakin Kadırova yaxın olan başqa adamlar da mövcuddur ki, onların bu vəzifəyə böyük iddiaları var. Məsələn, Kadırovun əmisi oğlu Adam Delimxanov Dumada Çeçenistanın nümayəndəsi olub. 2007-ci ildən bəri və öz silahlı qüvvələri var”.

Nəşr onu da yazıb ki, əgər yeni lideri müəyyən etmək cəhdləri elitada parçalanmaya səbəb olarsa, bu, silahlı qarşıdurmaya çevrilə bilər.

Nəşrin yazdığına görə, bu da Putini dəhşətli dilemma qarşında qoyacaq. Çünki bu, Çeçenistanda - ümumiyyətlə, Şimali Qafqazda yenidən sabitliyin pozulmasına gətirib çıxara bilər. 

Mürtəza
Ölkə.Az

0.20307111740112