Minə yaxın tacik Moskva hava limanında qalıb

 

Minə yaxın Taciksitan vətəndaşı Moskva hava limanlarında “ilişib” qalıb. Onlar arasında Rusiya universitetlərində təhsil almağa gələnlər də var.

Ölkə.az xəbər verir ki, bunu Tacikistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Şoxin Səmədi bildirib.

"Moskva hava limanlarında ilişib qalan Tacikistan vətəndaşları ilə bağlı vəziyyət çətin olaraq qalır", - Səmədi bildirib.

Onun sözlərinə görə, aprelin 27-də günün sonuna olan məlumata görə, Vnukovo hava limanının vətəndaşlarının müvəqqəti saxlanma zonasında 954 Tacikistan vətəndaşı var. 

Səmədi əlavə edib ki, analoji vəziyyət Moskvanın digər hava limanlarında - Jukovski, Domodedovo və Şeremetyevoda da müşahidə olunur, burada onlarla tacik mühafizə zonalarındadır. O əlavə edib ki, mövcud vəziyyətlə əlaqədar Tacikistanın Moskvadakı diplomatik nümayəndəliyinin konsulluq xidməti 24 saat fəaliyyət göstərən operativ qərargah açıb.

Mürtəza
Ölkə.Az

0.32056903839111