Baş nazir təyyarədən enən ilk qadını öpdü, biabır oldu - VİDEO

 

Livanın baş naziri italiyalı həmkarı ilə diplomatı səhv salıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, İtaliyanın baş naziri Giorgia Meloni Livana rəsmi səfər edib.

Təyyarənin qarşısında həmkarını qarşılamaq üçün gözləyən Livanın baş naziri Necip Mikati təyyarədən enən ilk qadın diplomatı Meloni ilə səhv salaraq salamlayıb və öpüb.

O, müşavirlərinin xəbərdarlığından sonra səhvini düzəldib və Meloninin təyyarədən enməsini gözləyib.

Livanın baş nazirinin kobud səhvi və yaşanan gülməli anlar kamerlara düşüb.

Billurə Yunus

0.18857002258301