Kolumbiyalı futbolçu məşqdə yıxılaraq ölüb

 

Boliviyanın “Real Santa Cruz” komandasının kolumbiyalı futbolçusu Gilermo Beltran 24 yaşında vəfat edib.

Demokratikmusavat.com  xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Marca” qəzetinin məlumatına görə, futbolçu məşq zamanı huşunu itirib.

Dərhal xəstəxanaya çatdırılan Beltran ürəktutması səbəbindən orada dünyasını dəyişib.

Beltran “Real Santa Cruz”da 21 oyun keçirib və 1 qol vurub.

 

0.17147302627563