Spirtli içki aludəçisi olan məşhur futbolçudan xəbər var

 

“Arsenal”da oynayaraq şöhrət qazanan Danimarka millisinin sabiq üzvü Niklas Bendtner bir neçə ildir alkoqol asılılığı ilə mübarizə aparır.

"Ölkə.az" xəbər verir ki, bir müddət əvvəl 36 yaşlı futbolçu özünə yeni iş tapıb.

Bendtner 2004-2014-cü illərdə “Arsenal”da çıxış edib. O, “Birmingem Siti”, “Sanderlend” və “Yuventus”da da oynayıb. 2013/14 mövsümü başa çatdıqdan sonra hücumçu “Volfsburq”a göndərilib. O, karyerasını bitirdiyi “Nottingem Forest”, “Rusenborq” və “Kopenhagen” klublarında da çıxış edib.

36 yaşlı futbolçunun alkoqolla bağlı ilk problemləri “Sanderlend”də icarədə olduğu vaxt yaranıb. 2016-cı ildə Bendtner taksi sürücüsünə hücum edib. Buna görə o, 50 sutka həbsxanaya göndərilib.

2020-ci ilin əvvəlində Niklas idmanı tərk etdi. Əvvəlcə o, özünü məşqçi kimi sınamaq istəyirdi. Lakin sonda öz realiti-şousunu yaratmağa qərar verdi.

“Dagbladet” portalının məlumatına görə, bir neçə gün əvvəl “Arsenal”ın sabiq futbolçusuna yeni iş təklif olunub. Bendtner tezliklə TV2-də ekspert kimi debüt edəcək.(Publika.az)

0.15499091148376