"Bayer"dən "Qarabağ" etirafı: Belə etməyin... - FOTO

 

Avroliqada "Qarabağ"ı son dəqiqələrdə məğlub etməyi bacaran alman klubu çətinlik çəkdiyini etiraf edib.

Ölkə.Az xəbər verir ki, "Bayer" Leverkuzenin sosial media hesabı təmsilçimizlə qarşılaşmadan sonra maraqlı paylaşımı ilə diqqət çəkib.

"Komandanıza böyük hörmət! Bizə 4 gözəl oyun hədiyyə etdiniz, amma xahiş edirəm, bunu bir daha təkrar etməyək!", - deyə qeyd edilən postun sonuna gülüş smayliki qoyulub.

Xatırladaq ki, UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer"in qonağı olan "Qarabağ" son dəqiqələrdə buraxdığı qolla məğlub olub - 3:2.

0.18320512771606