Azərbaycan kinosu reanimasiyadadır, yaxşı həkimlərə aparsan... - Rasim Balayev

 

Bu gün Azərbaycan kinosu reanimasiyadadır.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev bildirib.

O, hazırda tənəzzül dövrünü yaşayan Azərbaycan kinosunun dirçələcəyinə inandığını söyləyib: "Biz kino, mənəviyyat adamıyıq. Mən bu gün də kinoya çəkilmək istərdim. Lakin səhhətim buna imkan vermir. İnsanlar məndən niyə kinoya çəkilmədiyimi soruşur. Mən mənəvi əzab çəkirəm. Bu gün Azərbaycan kinosu reanimasiyadadır. Yaxşı həkimlərə aparsan, kinomuzu diriltmək mümkündür. İnanıram ki, bununla bağlı uğurlu addımlar ata bilərik. İndi tənəzzül dövrünü yaşayan Azərbaycan kinosu dirçələ bilər”.

0.27173495292664